...

Əfqanıstanda milli müqavimət cəbhəsinin mətbuat katibi öldürülüb

Dünya xəbərləri Materials 6 Sentyabr 2021 00:25 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Pəncşir əyalətində milli müqavimət cəbhəsinin mətbuat katibi Fahim Daşti öldürülüb.

Trend-in məlumatına görə, bu barədə "The Khaama Press" agentliyi xəbər yayıb.

Məlumata əsasən, F.Daşti regionda davam edən döyüşlər zamanı öldürülüb. Onun ölümünün təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, daha əvvəl F.Daşti özünün "Twitter" səhifəsində "Talibanın" döyüşlərlə sözügedən əyalətdən demək olar ki, tamamilə çıxarıldığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti