...

İraqda İŞİD terrorçularının hücumu nəticəsində 3 polis əməkdaşı həlak olub

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 02:55 (UTC +04:00)
İraqda İŞİD terrorçularının hücumu nəticəsində 3 polis əməkdaşı həlak olub

Bakı. Trend:

İraqın Kərkük əyalətində İŞİD terrorçuları beşinci polis briqadasına hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə "Alsumaria" telekanalı mənbəyə istinadən xəbər verib.

Məlumata əsasən, hücum nəticəsində 3 polis əməkdaşı həlak olub, 1-i isə xəsarət alıb.

Qeyd edək ki, bir həftə öncə İŞİD ekstremistləri Kərkükdə polis nəzarət-buraxılış məntəqəsinə hücum etmişdilər. Hücum nəticəsində 13 polis əməkdaşı həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti