...

ABŞ-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun zirvə toplantısı keçiriləcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2021 01:04 (UTC +04:00)
ABŞ-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun zirvə toplantısı keçiriləcək

Bakı. Trend:

Sentyabrın 24-də Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) zirvə toplantısı keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Amerika administrasiyasındakı mənbəyə görə, ABŞ prezidenti Co Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək. Qeyd olunub ki, bu, "dördlüyün" ilk üz-üzə görüşü olacaq.

Məlumata əsasən, liderlər "əlaqələrin dərinləşdirilməsi", "yeni koronavirusun yayılması ilə mübarizə, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar və kiber məkanda tərəfdaşlığın inkişafı, Hind-Sakit okean bölgəsində azadlığın, açıqlığın təmin edilməsində əməkdaşlığın inkişaf etdirilməsinə" diqqət yetirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti