...

Fransa Britaniya ilə münasibətlərə yenidən baxılmasını zəruri hesab edir

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 02:06 (UTC +04:00)
Fransa Britaniya ilə münasibətlərə yenidən baxılmasını zəruri hesab edir

Bakı. Trend:

Sualtı qayıqlara dair AUKUS müqaviləsindən sonra Parislə London arasındakı münasibətlərə yenidən baxılması zəruridir.

Trend-in "Lenta.Ru"ya istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Jan-İv lLe Drian deyib.

XİN rəhbəri qeyd edib ki, Böyük Britaniya ticarət və əməkdaşlıq razılaşması da daxil olmaqla öz öhdəliklərini pozdu.

Onun sözlərinə görə, Paris və Vaşinqton arasındakı münasibətlərdə də müşahidə edilən böhran olduqca ciddidir: "Yalnız dialoqun yenidən başladığı üçün böhran bitmədi. Böhran davam edəcək və ondan çıxmaq üçün sözlərə deyil, ciddi əməllərə ehtiyac olacaq".

Qeyd edək ki, sentyabrın 16-sı ABŞ, Böyük Britaniya və Avstraliya müdafiə tərəfdaşlığı barədə razılaşma imzalayıblar. Razılaşmaya AUKUS adı verilib. Bu razılaşmadan sonra Avstraliya Fransanın "Naval Group" şirkəti ilə təxminən 66 milyard dollarlıq 12 sualtı qayığın istehsalını nəzərdə tutan müqaviləni ləğv edib. Paris öz növbəsində Avstraliyanın bu hərəkətini pisləyib və səfirini geri çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti