...

Rusiyada koronavirusa bir gündə 25 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2021 13:19 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa gündəlik yoluxma halları artmaqda davam edir.

Trend-in məlumatına görə, ötən gün ölkədə 25 219 yeni yoluxma qeydə alınıb. Bu, iyulun 16-dan sonra ən yüksək göstərici olub.

Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 7,56 milyon nəfəri ötüb, ölənlərin sayı isə 209 028 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti