Bakı. Trend:
Çinin Anhoy əyalətində ağır yol qəzası baş verib.
Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, əyalətin Maanşan şəhərində yerli vaxtla saat 22:11-də avtobusla yük maşını toqquşub.
Məlumata əsasən, qəza nəticəsində 8 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Qəzanın səbəbi araşdırılır. =