...

Rusiyada daha 1243 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 23 Noyabr 2021 13:04 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 1 243 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bugünədək Rusiyada virusdan ölənlərin sayı 266 579 nəfərə çatıb.

Ötən gün ölkədə 1 241 nəfərin ölümü qeydə alınmışdı.

Eyni zamanda ölkədə son sutkada 33 996 nəfər koronavirusa yoluxub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı isə 9,4 milyon nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti