...

Rusiyada ticarət mərkəzində yanğın olub

Dünya xəbərləri Materials 25 Dekabr 2021 15:12 (UTC +04:00)
Rusiyada ticarət mərkəzində yanğın olub

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Tomsk şəhərində "Lenta" ticarət mərkəzində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar binadan 650 nəfər təxliyə olunub. Xəsarət alanların olmadığı deyilir.

20 kvadratmetr ərazini əhatə etmiş yanğının qarşısı alınıb.

Xatırladaq ki, dekabrın 21-də Tomskda "Lenta" şəbəkəsinin digər mağazasında da güclü yanğın olmuşdu.

Yanğın 5 min kvadratmetrlik sahəni əhatə etmiş, ticarət mərkəzinin 3 500 kvadratmetrlik sahəsinin damı çökmüşdü. Binadan 200 nəfər təxliyə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti