...

Aktaunun hava limanı fəaliyyətini bərpa edir

Dünya xəbərləri Materials 8 Yanvar 2022 05:29 (UTC +04:00)
Aktaunun hava limanı fəaliyyətini bərpa edir

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhərinin hava limanı bu gün fəaliyyətini bərpa edir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Mangistau vilayətinin komendaturasından bildiriblər.

Məlumata əsasən, aviareyslər yerli vaxtla saat 10:00-dan (Bakı vaxtı ilə saat 08:00) həyata keçirilməyə başlayacaq.

Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi etiraz aksiyaları və iğtişaşlar səbəbilə Aktau, Almatı və Aktobe şəhərlərinin hava limanları fəaliyyətlərini dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti