...

ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib

Dünya xəbərləri 24 Yanvar 2022 04:43 (UTC +04:00)
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri göyərtəsində partlayıcı maddələr hazırlamaq üçün kimyəvi maddələr daşıdığı aşkarlanan gəmini saxlayıblar.

Trend xarici KİV-lərər istinadən xəbər verir ki, bu barədə HDQ bəyanat yayıb.

Qeyd olunur ki, gəmi İrandan çıxaraq əvvəllər husi üsyançılarına silah çatdırmaq üçün dəfələrlə istifadə edilmiş marşrut üzrə hərəkət edərkən saxlnılıb.

Bildirilir ki, tutulan gəmi daha əvvəl 2021-ci ilin fevralında Somali sahillərində saxlanılmışdı. O zaman gəminin göyərtəsində silahlar, o cümlədən “minlərlə” AK-47, snayper tüfəngləri, tank əleyhinə qumbaraatanlar və digər silahlar tapılıb.

Şübhəli gəmiyə baxış və axtarış zamanı kənd təsərrüfatında istifadə olunan, həmçinin partlayıcı maddələrin prekursoru kimi istifadə edilən 40 ton kimyəvi birləşmə aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti