...

ABŞ Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək - Pentaqon

Dünya xəbərləri Materials 3 Fevral 2022 01:21 (UTC +04:00)
ABŞ Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək - Pentaqon

Bakı. Trend:

Vaşinqton yaxın zamanda Almaniyadan Rumıniyaya minə yaxın, həmçinin ABŞ-dan Almaniya və Polşaya ümumilikdə 2 minə yaxın hərbçi göndərmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət NATO-nun şərq hissəsində müdafiə imkanlarını gücləndirməyi tələb edir.

"Prezident Cozef Bayden ABŞ-ın Avropanın təhlükəsizliyinə və sabitliyinə qarşı artan təhlükəyə cavab verəcəyini açıq şəkildə bildirib. Bizim NATO-nun (Şimali Atlantika Müqaviləsinin - red.) 5-ci maddəsinə və kollektiv təhlükəsizliyə sadiqliyimiz sarsılmaz olaraq qalır. Bu öhdəliklərin bir hissəsi olaraq və bir sıra gözlənilməz vəziyyətlərə hazırlaşmaq üçün ABŞ tezliklə Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək", - deyə mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti