...

Filippin prezidenti vəzifəsini tərk etməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 8 Fevral 2022 08:43 (UTC +04:00)
Filippin prezidenti vəzifəsini tərk etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

Filippin prezidenti Rodriqo Duterte vəzifəsini tərk etməyə və respublikanın yeni rəhbərinə ötürməyə hazır olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə o, televiziya kanallarında yayımlanan müraciətində deyib.

"Mən vəzifənin tehəvil verəcəyim günü gözləyirəm. Mən yeni liderlə görüşəcəm və sonra onu təkbətək görüşə dəvət edəcəm", - deyə R.Duterte bildirib.

Dövlət başçısı həmçinin "gedən prezident" adlandırılmağı xəyal etdiyini qeyd eidb.

Qeyd edək ki, Filippində prezidenti, vitse-prezident və parlamentin 300-dən artıq üzvü seçiləcək. Konstitusiyaya əsasən, R.Duterte yenidən dövlət başçısı seçilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti