Bakı. Trend:
Ukrayna ATƏT-in monitorinq missiyasını gücləndirmək xahişi ilə Almaniya və Fransaya müraciət edib.
Trend-in məlumatına görə, bunu Donbassdakı vəziyyətə dair brifinq zamanı Ukraynanın baş nazirinin müavini İrina Vereşuk bildirib.
İ.Vereşuk qeyd edib ki, Ukrayna tərəfi üçtərəfli təmas qrupunun görüşünün sabah baş tutacağına ümid edir.
"Davamlı atəşkəsin davam etməsi, sükut rejiminin bərpa olunması, mülki əhalinin əziyyət çəkməməsi üçün işləməyə, dialoqa, hər şeyi etməyə hazırıq", - deyə baş nazirin müavini bildirib.
Onun sözlərinə görə, Ukrayna Almaniya və Fransadan əlavə müşahidəçilərin cəlb edilməsi ilə ATƏT-in monitorinq missiyasını gücləndirməyi xahiş edib.