Bakı. Trend:
ABŞ Prezidenti Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
"Prezident Baydenin Fransa Prezidenti Makronla qorunan xətlə telefon danışığı şərq sahili vaxtı ilə 15:47-də (Bakı vaxtı ilə 00:47) başlayıb və 16:02-də (Bakı vaxtı ilə 01:02) başa çatıb", - deyə mətbuat xidmətindən bildirilib.
Telefon danışığının təfərrüatları barədə məlumat verilməyib.