...

Britaniya COVID-19 xəstələri üçün məcburi özünütəcrid tələbini ləğv edir

Dünya xəbərləri Materials 21 Fevral 2022 21:23 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 24-dən İngiltərə, COVID-19-a yoluxma zamanı məcburi özünütəcrid tələbini ləğv edəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışı zamanı bildirib.

"Birincisi, biz ölkə daxilində bütün məhdudiyyətləri aradan qaldıracağıq. Fevralın 24-dən etibarən biz COVID-19 üçün müsbət test etdikdən sonra məcburi özünütəcrid tələbini ləğv edirik", - B.Conson bildirib.

Qeyd edək ki, yanvarın sonunda İngiltərə müəssisələrə COVID-19 sertifikatı olmadan giriş, maska ​​rejimini və məsafədən işləmək tələbini ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti