Bakı. Trend:
Rusiyanı banklararası beynəlxalq SWIFT sistemindən ayırmaq üzrə hazırlıqlara başlanılıb.
Trend-in məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
"Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər", - deyə D.Kuleba bildirib.
XİN rəhbəri əlavə edib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.