...

Rusiya banklarının "Swift"dən çıxarılması barədə razılıq əldə edilib

Dünya xəbərləri Materials 27 Fevral 2022 02:32 (UTC +04:00)
Rusiya banklarının "Swift"dən çıxarılması barədə razılıq əldə edilib

Bakı. Trend:

Aİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq edilən Rusiya banklarını, lazım gələrsə, Rusiya Federasiyasının digər banklarını da "SWIFT"dən çıxarılması barədə razılaşıblar.

Trend-in məlumatına görə, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.

"Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları, lazım gələrsə, digər Rusiya bankları da "SWIFT" beynəlxalq ödəniş sistemindən çıxarılacaq. Beləliklə, bu institutlar beynəlxalq maliyyə axınlarından kəsiləcəklər, bu isə onların qlobal fəaliyyətini məhdudlaşdıracaq", - deyə Ş.Hebeştrayt bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti