...

SWIFT Rusiyaya qarşı tədbirlər görməyə hazırlaşır

Dünya xəbərləri Materials 27 Fevral 2022 08:27 (UTC +04:00)
SWIFT Rusiyaya qarşı tədbirlər görməyə hazırlaşır

Bakı. Trend:

Beynəlxalq banklararası "SWIFT" sistemi Qərb ölkələri tərəfindən təsdiqlənmiş və Rusiya banklarına yönəlmiş tədbirləri görməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "SWIFT"in açıqlamasına istinadən "Reuters" agentliyi xəbər yayıb.

"Yeni tədbirlərə məruz qalacaq təşkilatlar haqqında ətraflı məlumat əldə etmək üçün Avropa səlahiyyətliləri ilə işləyirik və qanuni təlimatdan sonra onları həyata keçirməyə hazırlaşırıq", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, daha əvvəl Aİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq edilən Rusiya banklarının, lazım gələrsə, Rusiya Federasiyasının digər banklarının da "SWIFT"dən çıxarılması barədə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti