...

Aİ xarici işlər nazirləri bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılmasına razılaşıblar

Dünya xəbərləri Materials 28 Fevral 2022 00:39 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılması və Rusiya Bankının aktivlərinin dondurulması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

O qeyd edib ki, Aİ mərkəzi bankların sabah işə başlamazdan əvvəl sanksiyalar siyahısını təsdiqləməyə çalışacaq.

Bundan əlavə, J.Borrelin sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri şəxsi sanksiyalarının şamil olduğu Rusiya Federasiyasından olan şəxslərin siyahısını genişləndirmək barədə razılığa gəliblər.

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı öz hava məkanını Rusiyadan gələn təyyarələr üçün bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti