...

Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən istifadə etmək qərarındayıq - Ərdoğan

Dünya xəbərləri Materials 28 Fevral 2022 21:50 (UTC +04:00)
Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən istifadə etmək qərarındayıq - Ərdoğan

Bakı. Trend:

Türkiyə gəmilərin boğazlarda hərəkəti ilə bağlı Montrö Konvensiyasının ölkəyə verdiyi səlahiyyətlərdən Rusiya ilə Ukrayna arasında böhranın daha da gərginləşməsinin qarşısını alacaq şəkildə istifadə etməkdə qərarlıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara regionda “sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüsləri” davam etdirir.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatını qəbuledilməz hesab edir və Ukrayna rəhbərliyi və xalqının apardığı mübarizəni yüksək qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti