...

7 Rusiya bankı SWIFT sistemindən çıxarıldı

Dünya xəbərləri Materials 2 Mart 2022 15:50 (UTC +04:00)
7 Rusiya bankı SWIFT sistemindən çıxarıldı

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyanın daha yeddi bankını SWIFT sistemindən kənarlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.

Qeyd olunur ki, VTB, "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcək.

Rusiyanın digər bankları barəsində bu cür qərar verilməyib.

Aİ, həmçinin Rusiya Birbaşa İnvetsiyalar Fondunun maliyyələşdirəcəyi layihələrə investisiya qoymağı, eləcə də Rusiyaya avro əskinaslarının satışını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti