...

"SWIFT" martın 12-də sanksiyalara məruz qalan Rusiya banklarını sistemdən ayıracaq

Dünya xəbərləri Materials 3 Mart 2022 03:57 (UTC +04:00)
"SWIFT" martın 12-də sanksiyalara məruz qalan Rusiya banklarını sistemdən ayıracaq

Bakı. Trend:

"SWIFT" şirkəti təsdiq edib ki, Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını martın 12-də beynəlxalq ödəniş sistemindən ayıracaq.

Trend-in məlumatına görə, müvafiq bəyanat şirkətin saytında dərc edilib.

"Biz məhdudiyyətlərin tətbiq olduğu yeddi Rusiya hüquqi şəxsini (və onların Rusiyadakı qeyd olunan törəmə müəssisələrini) "SWIFT" sistemindən ayıracağıq. [Aİ-nin 2 mart 2022-ci il tarixli] qərarı ilə bizdən qeyd olunan müəssisələrini 12 mart 2022-ci ildə sistemdən ayırmağı tələb olunur və biz bunu müvafiq olaraq edəcəyik", - deyə şirkət qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti