...

Aİ Belarus banklarının SWIFT sistemindən ayrılmasını nəzərdən keçirir

Dünya xəbərləri Materials 3 Mart 2022 15:57 (UTC +04:00)
Aİ Belarus banklarının SWIFT sistemindən ayrılmasını nəzərdən keçirir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Belarus banklarının SWIFT beynəlxalq banklararası sistemindən ayrılması məsələsini müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin nümayəndəsi bildirib.

"Hazırda Belarusun maliyyə sektoru barəsində Rusiya ilə analoji addımların atılması müzakirə olunur. Amma qeyd etmək lazımdır ki, SWIFT sistemi Belarus üçün Rusiya qədər strateji əhəmiyyət daşımır", - deyə nümayəndə bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Aİ Rusiyanın 7 bankının SWIFT-dən ayrıldığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti