...

Rusiyanın cənubunda mülki təyyarələrə uçuş qadağasının müddəti uzadılıb

Dünya xəbərləri Materials 18 Mart 2022 10:28 (UTC +04:00)
Rusiyanın cənubunda mülki təyyarələrə uçuş qadağasının müddəti uzadılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti martın 26-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

Mövcud qadağanın müddəti martın 20-də bitməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti