Bakı. Trend:
Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri Jan-İv Le Drian və Şeyx Abdullah bin Zayed Əl Nəhyan bu gün Avropaya enerji daşıyıcıları təchizatının genişləndirilməsi məsələsini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Fransa XİN-in mətbuat xidmətindən bildiriblər.
"Fransanın xarici işlər naziri Avropaya enerji daşıyıcıları təchizatının şaxələndirilməsini təmin etmək üçün işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb", - deyə XİN-dən qeyd edilib.
Danışıqları zamanı Le Drian həmçinin Fransanın regional sabitliyə sadiqliyini vurğulayıb.