...

Pakistan Şahin-III ballistik raketini uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 10 Aprel 2022 17:53 (UTC +04:00)
Pakistan Şahin-III ballistik raketini uğurla sınaqdan keçirib

Bakı. Trend:

Pakistanda “yer-yer” sinfinə daxil olan Şahin-III uzaq mənzilli ballistik raketi uğurla sınaqdan keçirib.

Trend xəbər verir ki, sınaq buraxılışında ölkənin yüksək rütbəli zabitləri, alimlər və mühəndislər iştirak edib.

Nüvə başlığı daşımağa qadir olan yeni ballistik raket 2750 kilometr məsafədəki hədəfə zərbə vura bilir.

Bu sinifdən olan ilk raketin sınağı 2015-ci ildə baş tutmuşdu.

Bundan əvvəl Pakistanda “Babur” (uçuş məsafəsi 490 kilometr), “Şahin -1” (650 km), Ghauri (1300 km), və “Şahin-2” (1500 km) raketləri də uğurla sınaqdan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti