...

Türkiyədə ötən sutka koronavirusa 7 minə yaxın yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 12 Aprel 2022 07:39 (UTC +04:00)
Türkiyədə ötən sutka koronavirusa 7 minə yaxın yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 28 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 182 216 nəfər test edilib, 6 893 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 11 207 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti