Bakı. Trend:
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 19 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 162 253 nəfər test edilib, 4 086 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 13 561 nəfər sağalıb.