...

Ermənistanda zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 2 May 2022 01:25 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda 6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların episentri Bavra kəndindən 13 km şimal-şərqdə, Gürcüstan ilə Ermənistanın sərhəd zonasında, ocağı isə 14 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 4,6 olub.

Episentrdə yeraltı təkanların gücü 6 bal olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti