...

SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı genişləndiriləcək - Borrel

Dünya xəbərləri Materials 3 May 2022 08:48 (UTC +04:00)
SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı genişləndiriləcək - Borrel

Bakı. Trend:

"SWIFT" Beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq Rusiya banklarının siyahısının genişləndiriləcək.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell Panamaya səfəri zamanı jurnalistlərə deyib.

"SWIFT sistemindən çıxarılacaq daha çox Rusiya bankı olacaq. Enerji sektorunda biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər axtarırıq", - deyə C.Borrel bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson mayın 3-də Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketinin müzakirə ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti