Bakı. Trend:
Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasını qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Küveytin dövlət informasiya agentliyi bildirib.
Eyni zamanda. yeni hökumət formalaşdırılanadək mövcud kabinetə hökumət səlahiyyətlərini icra etmək tapşrılıb.
Qeyd edək ki, şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın başçılığı ilə hökumət ötən ilin dekabrında formalaşdırılmışdı.
Ümumilikdə, şeyx Sabah Xalid özü 2019-cu ildən bəri Küveytin dörd hökumətinə başçılıq edib.