...

Blinken və Le Drian dünyada ərzaq təhlükəsizliyi məsələsini müzakirə ediblər

Dünya xəbərləri Materials 16 May 2022 01:26 (UTC +04:00)
Blinken və Le Drian dünyada ərzaq təhlükəsizliyi məsələsini müzakirə ediblər

Bakı. Trend:

Fransada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin xarici işlər naziri Jan-İv Le Drian ilə dünyada ərzaq təhlükəsizliyini müzakirə edib.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Onun sözlərinə görə, dövlət katibi və XİN rəhbəri "ikitərəfli münasibətlər üçün vacib olan məsələləri, xüsusilə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətdə qeyri-sabitliyə qarşı çıxmağın zəruriliyini müzakirə ediblər".

Onlar həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə səyləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti