...

“Whatsapp”ın bu funksiyası dəyişib

Dünya xəbərləri Materials 18 May 2022 01:20 (UTC +04:00)
“Whatsapp”ın bu funksiyası dəyişib

Bakı. Trend:

"WhatsApp" messencerində qrup çatlarından çıxmaqla bağlı funksiyalardan biri dəyişiləcək.

Trend-in məlumatına görə, bu barədə istifadəçilərə "WABetaInfo" portalının ekspertləri bildiriblər.

Məlumata əsasən, "WhatsApp"ın kompüterlər üçün 2.2218.1 saylı beta versiyasında indi qrup söhbətlərini səssizcə tərk etmək imkanı var. Yalnız adminlər istifadəçinin söhbəti tərk etməsi barədə bildiriş alır. Hazırda isə istifadəçi qrup söhbətini tərk edərsə, onun bütün iştirakçıları bunu görə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti