...

Almaniyada kəskin hava şəraiti: Ölən və xəsarət alanlar var

Dünya xəbərləri Materials 21 May 2022 11:42 (UTC +04:00)
Almaniyada kəskin hava şəraiti: Ölən və xəsarət alanlar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın qərbi və mərkəzi hissələrində tüğyan etmiş qasırğa, dolu və şiddətli leysan nəticəsində azı bir nəfər həlak olub, 60 yaxın sakin xəsarət alıb.

Trend-in məlumatına görə, Paderborn şəhərində 43 nəfər xəsarət alıb, onlardan 30 nəfəri xəstəxanaya yerləşdirilib.

Şəhərə ciddi ziyan dəyib, çox sayda evin damı uçub.

Bavariya federal torpağında 14 nəfər gizləndikləri tikilinin çökməsi nəticəsində xəsarət alıb. Reynland-Pfalts federal torpağında isə bir nəfər ildırım vurması nəticəsində həyatını itirib.

Almaniya dəmiryol şirkəti ağacların relslərin üzərinə düşməsi ilə əlaqədar gün ərzində qatarların hərəkətində ləngimələrin ola biləcəyi barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti