Bakı. Trend:
Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş vermiş zəlzələ nəticəsində dörd nəfər həlak olub.
Trend-in məlumatına görə, daha 14 nəfərin xəsarət aldığı deyilir.
Zəlzələ bölgəsində xilasetmə işləri üçün 4,5 minə yaxın şəxs səfərbər olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Sıçuan əyalətində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Daha sonra 4,5 bala gücündə təkanlar qeydə alınmışdı. Zəlzələ baş verən bölgədə 1,4 milyon əhali yaşayır.