...

Kosta-Rikada "Bonni" qasırğasına görə təxliyə edilənlərin sayı 3,5 min nəfəri keçib

Dünya xəbərləri Materials 3 İyul 2022 00:54 (UTC +04:00)
Kosta-Rikada "Bonni" qasırğasına görə təxliyə edilənlərin sayı 3,5 min nəfəri keçib

Bakı. Trend:

"Bonni" tropik fırtınası səbəbindən Kosta-Rikada 3,5 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ölkənin Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə komissiya bildirib.

"3536 nəfər 54 sığınacaqdadır və burada son saatlarda onlara lazım olan hər şey verilib", - deyə qeyd olunub. Karib dənizi üzərində hərəkət edən fırtına şənbə günü gecə Kosta-Rika ərazisi üzərindən keçib, bəzi ərazilərdə yağıntının miqdarı 220 mm-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti