...

Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq

Dünya xəbərləri Materials 3 İyul 2022 21:25 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin rus qızılının Avstraliya ərazisinə idxalını qadağan edəcəyini, həmçinin daha 16 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Baş nazirin sözlərinə görə, sanksiya siyahısında yeni şəxslər arasında nazirlər və iş adamları da olacaq.

Agentlik qeyd edib ki, bundan sonra Avstraliyada sanksiyalar altında olan Rusiya vətəndaşlarının ümumi sayı 843-ə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti