Bakı. Trend:
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər, o cümlədən şagirdlər həlak olub.
Trend-in məlumatına görə, avtobus dağlıq yolla hərəkət edərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yüksək hündürlükdən aşağı düşüb.
Qeyd olunur ki, avtobusda məktəbə yola düşən 40-dan çox şagird olub. Xilasedicilər ölü sayının arta biləcəyini istisna etmir.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.