...

Yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracatı 14 faizdən çox artıb

Dünya xəbərləri Materials 7 İyul 2022 13:54 (UTC +04:00)
Yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracatı 14 faizdən çox artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 1,97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9,5 faiz çoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti