...

Estoniyanın baş naziri istefa verir

Dünya xəbərləri Materials 8 İyul 2022 23:11 (UTC +04:00)
Estoniyanın baş naziri istefa verir

Bakı. Trend:

Estoniyanın baş naziri Kaya Kallas istefa verir.

Trend xəbər verir ki, bu barədə baş nazirə istinadən "Delfi" portalı məlumat yayıb.

"Bu [istefa] təklifini mən özüm vermişəm, çünki yeni nazirləri təyin etsəm, böyük səs-küy və narazılıq olardı. Əhəmiyyətli olan odur ki, hazırkı vəziyyətdə bizim çoxluq təşkil edən hökumətimiz fəaliyyət göstərir və mənim üçün vacibdir ki, eston dilində təhsil ilə bağlı islahatlar aparılsın və insanlara böhranın öhdəsindən gəlməyə kömək etmək üçün lazımi addımlar atılsın", - deyə baş nazir bildirib.

Xatırladaq ki, daha əvvəl Estoniyanın prezidenti Alar Karis xarici işlər, daxili işlər nazirlərini və daha 5 naziri istefaya göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti