...

Jair Bolsonaronun Braziliya prezident seçkilərində namizədliyi irəli sürülüb

Dünya xəbərləri Materials 25 İyul 2022 02:37 (UTC +04:00)

Bakı. Trend:

Braziliya Liberal Partiyası hazırkı dövlət başçısı Jair Bolsonaronu oktyabrda keçiriləcək prezident seçkilərində rəsmi olaraq namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə partiyanın saytında bildirilib.

"Liberal Partiya bu bazar günü, iyulun 24-də keçirilən Milli Qurultayında yekdilliklə prezident Jair Bolsonaronu yenidən seçilmək üçün namizəd kimi təsdiqləyib", - deyə qeyd olunub.

Keçmiş müdafiə naziri Valter Braqa Nettu vitse-prezident vəzifəsinə namizəd kimi təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti