...

Yaponiya ictimai tədbirləri mühafizə etmək üçün dronlardan istifadə etməyi təklif edir

Dünya xəbərləri Materials 8 Avqust 2022 07:38 (UTC +04:00)
Yaponiya ictimai tədbirləri mühafizə etmək üçün dronlardan istifadə etməyi təklif edir

Bakı. Trend:

Yaponiyanın polis idarəsi keçmiş baş nazir Şinzo Abenin öldürülməsi fonunda nüfuzlu şəxslərin və siyasətçilərin iştirakı ilə keçirilən ictimai tədbirlərin mühafizəsi üzrə tədbirləri gücləndirmək niyyətindədir.

Trend xəbər verir ki, variantlardan biri kimi dronlardan istifadə edilməsi təklif edilir.

Bu, müşahidənin əhatə dairəsini və polisin təhlükəsizliyi təmin etmək qabiliyyətini artıracaq.

Bundan əlavə, idarə küçə tamaşaları zamanı siyasətçilərin ətrafına güllə keçirməyən şəffaf ekranların quraşdırılmasını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti