...

İranda sutka ərzində koronavirusdan 49 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Avqust 2022 20:44 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən sutka ərzində 2 343 nəfər koronavirusa (COVID-19) yoluxub, 49 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 142 564 nəfərə çatıb, yoluxanların sayı isə 7,44 milyondan çoxdur. Virus daşıyıcılarından 1 499 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,12 milyondan çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti