...

Amerikanın Virciniya ştatında atışma olub

Dünya xəbərləri Materials 5 Sentyabr 2022 02:36 (UTC +04:00)
Amerikanın Virciniya ştatında atışma olub

Bakı. Trend:

Amerikanın Virciniya ştatında atışma baş verib.

Trend xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Hadisə universitetdə baş verib.

Qeyd olunub ki, gecə yarısı hadisə yerinə gələn polis orada yeddi yaralı - dörd qadın və üç kişini aşkar edib.

Onların hamısı xəstəxanaya yerləşdirilib.

Lakin iki yaralının həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti