...

Co Bayden ABŞ-da fövqəladə vəziyyət rejimini uzadıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2022 09:49 (UTC +04:00)
Co Bayden ABŞ-da fövqəladə vəziyyət rejimini uzadıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ölkədə 2001-ci il 11 sentyabr hadisələrindən sonra elan olunmuş fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, prezidentin Konqresə ünvanladığı bildirişdə ölkədə terror təhlükəsinin qalması ilə əlaqədar fövqəladə vəziyyətin müddətinin uzadıldığı vurğulanıb.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin iki göydələninə hücum nəticəsində 3 minə yaxın şəxs həlak olmuşdu. Sentyabrın 14-də o zamankı prezidenti Corc Buş bir il müddətinə fövqəladə vəziyyət elan etmiş və bu müddət hər il uzadılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti