...

İranın Rəşt şəhərində 22 etirazçı həbs olunub

Dünya xəbərləri Materials 20 Sentyabr 2022 10:58 (UTC +04:00)
İranın Rəşt şəhərində 22 etirazçı həbs olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində keçirilən etiraz aksiyalarında 22 nəfər həbs olunub.

Trend-in məlumatına görə, bunu İranın Gilan vilayəti hüquq mühafizə qüvvələrinin rəis müavini polkovnik Hüseyn Həsənpur jurnalistlərə açıqlamasında deyib.

H.Həsənpurun sözlərinə görə, iğtişaşçılar polisin xəbərdarlığına baxmayaraq, asayişi pozmaq və vətəndaşları təxribatlar törətməyə çağırıblar.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq ötən gün İranın bir neçə şəhərində aksiyalar keçirilib. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti