...

G7 ölkələri "OPEk+"u neft hasilatını artırmağa çağırıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 02:01 (UTC +04:00)
G7 ölkələri "OPEk+"u neft hasilatını artırmağa çağırıb

Bakı. Trend:

G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri "OPEk+"un neft hasilat kvotalarını azaltmaqla bağlı “məyusedici qərarından” sonra neft hasil edən ölkələri hasilatı artırmağa çağırıblar.

Trend xəbər verir ki, bu barədə G7 ölkələrinin bəyanatında deyilir.

"Biz neft hasil edən ölkələrlə enerji bazarlarında dəyişkənliyi azaltmaq üçün hasilatı artırmaq zərurəti barədə danışmağa davam edirik. "OPEK+" ölkələrinin son məyusedici qərarlarına baxmayaraq, tədarük təzyiqləri fonunda bu mühüm məsələdə onlarla təmasda olmağa davam edəcəyik", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti