...

OAPEK-in baş katibi neft hasilatının azaldılması qərarını düzgün adlandırıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 03:50 (UTC +04:00)
OAPEK-in baş katibi neft hasilatının azaldılması qərarını düzgün adlandırıb

Bakı. Trend:

Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatının (OAPEK) baş katibi Əli ibn Sabt "OPEK+"un neft hasilatını azaltmaq qərarını düzgün və vaxtında qəbul edilmiş adlandırıb.

Trend xəbər verir ki, bunu OAPEK-in baş katibi şənbə günü "Al Arabiya" telekanalına müsahibəsində deyib.

"Bu qərar qlobal iqtisadiyyatın dinamikası ilə bağlı qeyri-müəyyənlikləri nəzərə alıb və "OPEK+"un neft bazarında hər hansı disbalansın qarşısını almaq üzrə aktiv tədbirlər görmək üçün uğurlu yanaşmasına uyğun olub", - deyə baş katib bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti