...

"Nesat" tropik qasırğası Filippin və Tayvana yaxınlaşır

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 07:55 (UTC +04:00)
"Nesat" tropik qasırğası Filippin və Tayvana yaxınlaşır

Bakı. Trend:

Bu mövsüm Asiyada formalaşan 20-ci tropik qasırğa Cənubi Çin dənizinə yaxınlaşır.

Trend xəbər verir ki, bu barədə bazar günü Tayvanın Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, yeni tropik qasırğaya "Nesat" adı verilib. Hazırda tropik qasırğanın episentri Filippin və Tayvan arasındakı Luzon boğazındadır.

Bölgədə güclü dalğalar səbəbindən gəmilərin hərəkəti dayandırılıb. Tropik qasırğa leysan və sürəti 33 m/s-ə çatan küləklə müşayiət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti