Bakı. Trend:
Kosta-Rika sahillərində təyyarə ilə əlaqə itib.
Trend-in şənbə günü məlumatına görə, şəxsi təyyarədə almaniyalı iş adamı və daha dörd nəfər olub.
Qeyd olunub ki, təyyarə Meksikadan Kosta-Rikaya hərəkət edirmiş. Hazırda təyyarənin axtarışları aparılır.
Təyyarədə olanlardan iki nəfərin azyaşlı olduğu deyilir.